"Makkabi" - "Sabah" oyununun hakimləri bilindi

Hazırda oxunan: "Makkabi" - "Sabah" oyununun hakimləri bilindi

202753

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyinatı açıqlanıb.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, Macarıstandakı“Varkert” stadionunda keçiriləcək görüşü belçikalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Natan Verbumen olacaq. Ona yan xətt hakimləri Matias Hillaert və Ruben Vins kömək edəcək. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək ilk matç saat 19:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO