“Milan” İspaniya millisinin üzvünü transfer etdi - FOTO

“Milan” İspaniya millisinin üzvünü transfer etdi - FOTO

Hazırda oxunan: “Milan” İspaniya millisinin üzvünü transfer etdi - FOTO

202746

İtaliyanın "Milan" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisi "Atletiko"dan Alvaro Moratanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İtaliya nəhəngi ispan forvard üçün Madrid təmsilçisinə 13 milyon avro təzminat ödəyib. " Milan" 31 yaşlı hücumçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. 

Qeyd edək ki, "Atletiko" Alvaro Moratanı 2020-ci ilin yayında "Çelsi"dən transfer edib. İspaniya millisi ilə Avropa çempionu olmuş futbolçu ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO