“Sumqayıt”-“Fehervar” matçının hakimləri açıqlandı

“Sumqayıt”-“Fehervar” matçının hakimləri açıqlandı

Hazırda oxunan: “Sumqayıt”-“Fehervar” matçının hakimləri açıqlandı

202742

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının hakim təyinatları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Florian Lata, köməkçi hakimlər Xulio Mani və Reydi Zaimi olacaq. Dördüncü hakim funksiyasını isə Kreşnik Çyapi yerinə yetirəcək.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” qarşılaşması 25 iyul saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO