Rəşad Sadıqov: “Hər şeyə hazır olmalıyıq”

Rəşad Sadıqov: “Hər şeyə hazır olmalıyıq”

Hazırda oxunan: Rəşad Sadıqov: “Hər şeyə hazır olmalıyıq”

202474

"Zirə" Avropa Liqası I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Oyundan öncə danışmaq həmişə çətindir. Qarşımızdakı rəqibin gücünü başa düşürük. Səfərdə qalib gəlmişik. Rəqib bura fərqli motivasiya ilə gələcək. İlk oyundakı nəticəni dəyişməyə çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Futbolçuların hazırlığı məni qane edir. 

Oyunçularım hazırlığımızı və bacarıqlarını sabah meydanda göstərməlidirlər. Bizi Tiraspoldakından daha gərgin oyun gözləyir.

İlk matçda uduzsaydıq da, belə olacaqdı. Avrokuboklarda ikinci matçlar gərgin keçir. İlk hissədə hesabda irəli çıxmaq istəyirik. İstəyirik ki, gözlədiyimizdən daha rahat oyun olsun. Hər şeyə hazır olmalıyıq. Allah qoysa, sabah mərhələni keçən tərəf biz olarıq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO