Azərbaycan Cüdo Federasiyası yeni strategiyasını TƏQDİM ETDİ

Azərbaycan Cüdo Federasiyası yeni strategiyasını TƏQDİM ETDİ

Hazırda oxunan: Azərbaycan Cüdo Federasiyası yeni strategiyasını TƏQDİM ETDİ

202330

Azərbaycan Cüdo Federasiyası 2024-2028-ci illər üçün strategiyasını təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu Milli Mətbuat Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.

O bildirib ki, qarşıda duran ən əsas məqsəd Azərbaycanı cüdo üzrə dünyanın qabaqcıl ölkələrindən birinə çevirməkdir.

İcraçı vitse-prezident 4 illik inkişaf planında 3 strateji istiqamət və dəstəkləyici amilləri açıqlayıb. Strateji istiqamətlər kütləviliyin artırılması, istedadların inkişaf yolunun təkmilləşdirilməsi, elit idmanda nailiyyətlərin yaxşılaşdırılmasıdır.
Dəstəkləyici amillər isə məşqçilərin inkişafı, idman mütəxəssislərinin hazırlanması, meqatədbirlərin təşkili, infrastruktur, özəl sektorun iştirakı və maliyyələşdirmə, klublar və federasiyaların imkanları, tənzimləmə, idarəetmə, dəstək, müxtəliflik və inklüzivlik, rəqəmsallaşma, kommunikasiya və iştirakdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO