İngiltərə millisinin baş məşqçisi İSTEFA VERDİ

İngiltərə millisinin baş məşqçisi İSTEFA VERDİ

Hazırda oxunan: İngiltərə millisinin baş məşqçisi İSTEFA VERDİ

202328

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt gələcəyi ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, 53 yaşlı mütəxəssis tutduğu vəzifədən istefa verib. Bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İngilis məşqçi Avro-2024-ün finalında İspaniya yığmasına məğlubiyyətdən sonra postunu tərk edib.

Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin sentyabr ayından etibarən İngiltərə millisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında 102 oyuna çıxıb. İngilislər Avro-2020 və Avro-2024-də final oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO