“Real” Mbappe ilə müqavilə bağladı

“Real” Mbappe ilə müqavilə bağladı

Hazırda oxunan: “Real” Mbappe ilə müqavilə bağladı

202299

“Real” yeni transferi Kilian Mbappe ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, Mbappe “Real”da 9 nömrəli formanı geyinəcək. 

Klub bu gün “Santyaqo Bernabeu” stadionunda fransalı forvard üçün təntənəli təqdimat mərasimi keçirib. 

Xatırladaq ki, iyunun 3-də “Real” Mbappeni transfer etdiyini açıqlayıb. Futbolçu kluba azad agent kimi keçib. Onunla 5 illik razılaşmanın əldə olunduğu bildirilmişdi. Bundan sonra mətbuatda hücumçunun maaşının illik 30 milyon avro olacağı, vurduğu qollara görə bonus alacağı və müqaviləsində 1 milyard avroluq təzminat bəndinin olacağı barədə məlumatlar yayılmışdı. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO