Almaniya millisinin və "Bavariya"nın hücumçusu Tomas Müller milli karyerasını başa vurduğunu rəsmən açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu Yutub kanalındakı videomüraciətində bildirib.
O deyib: “Ölkəmi təmsil etməkdən həmişə qürur duymuşam. Hamınıza təşəkkür etmək istəyirəm. İndi mən tribunaların pərəstişkarı olacağam”.
Qeyd edək ki, Müller 2010-cu ilin oktyabrında ölkəsinin əsas komandasında debüt edib. O vaxtdan bəri Tomas millinin heyətində 131 oyun keçirib, 45 qol vurub. Hücumçu 4 Avropa çempionatında və 4 dünya çempionatında iştirak edib, 2014-cü ildə dünya çempionu olub. Onun Almaniya millisindəki son oyunu Avro-2024-ün 1/4 finalında İspaniya ilə matç (1:2) olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
01:10 / 16.07.2024
Müller milli karyerasını BAŞA VURDU
Hazırda oxunan: Müller milli karyerasını BAŞA VURDU
Hazırda oxunan: Müller milli karyerasını BAŞA VURDU
202212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.