"Sevilya" "Arsenal"ın futbolçusunu transfer etdi

Hazırda oxunan: "Sevilya" "Arsenal"ın futbolçusunu transfer etdi

202199

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. La Liqa təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Albert Sambi Lokonqunu icarəyə götürüb. 

24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Sözləşməyə birdəfəlik satınalma variantı da daxildir. 

Qeyd edək ki, Albert ötən mövsümü icarə əsasında "Luton Taun"da keçirib. O, Premyer Liqada 17 matçda iştirak edib, 1 qol vurub və 3 qolun ötürməsini verib.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO