"Şamaxı" "Kəpəz"ə qalib gəldi

Hazırda oxunan: "Şamaxı" "Kəpəz"ə qalib gəldi

202184

Azərbaycan Premyer Liqası komandalarından "Kəpəz" və "Şamaxı" bu gün yoxlama oyunu keçirib.

Bizim.Media xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda bir-biri ilə üz-üzə gəlib. 

Matç "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.  Komandanın heyətində Səbayıl Bağırov və Arsen Ağcabəyov fərqlənib.

Qeyd edək ki, "Kəpəz" bunadək 1 yoxlama oyunu keçirmişdi. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4 hesabı ilə uduzub. 

"Şamaxı" isə bunadək yoxlama oyunu keçirməmişdi. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO