“Neftçi”nin legioneri Yunanıstan klubuna keçə bilər 

“Neftçi”nin legioneri Yunanıstan klubuna keçə bilər 

Hazırda oxunan: “Neftçi”nin legioneri Yunanıstan klubuna keçə bilər 

202125

“Neftçi”nin macarıstanlı müdafiəçisi Mark Tamaşa daha bir təklif gəlib. 

Bizim.Media “Gazzetta.gr” portalına istinadən xəbər verir ki, 30 yaşlı futbolçuya Yunanıstanın “Asteras Aktor” klubu maraq göstərir. 

Maraqlıdır ki, yunanlar həm də Simon Dehli adlı müdafiəçini də istəyir. Hazırda hər iki futbolçu ilə danışıqların aparıldığı, lakin onlardan yalnız birinin transfer ediləcəyi bildirilir. 
Qeyd edək ki, “Neftçi”nin müdafiəçisinə Polşanın “Puşça” və İtaliyanın “Reggiana” klubları da maraq göstərirdi. Tamaş 2025-ci il iyunun 30-na qədər "Neftçi"yə məxsusdur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO