Almaniyada futbol üzrə Avropa çempionatının final mərhələsi sona çatıb. Finalda İspaniya millisi İngiltərəni 2-1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Bizim.Media xəbər verir ki, oyunun 47-ci dəqiqəsində Niko Uilyams İspaniya millisini hesabda önə çıxarıb.
Qarşılaşmanın 73-cü dəqiqəsində isə Koul Palmer matçda tarazlığı bərpa edib.
86-cı dəqiqədə Mikel Oyarzabal ispanların qələbə topunu vurub. Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.
Bizim.Media