Gimnastlarımız Portuqaliyada 8 medal qazandılar - FOTO

Gimnastlarımız Portuqaliyada 8 medal qazandılar - FOTO

Hazırda oxunan: Gimnastlarımız Portuqaliyada 8 medal qazandılar - FOTO

202005

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə "Scalabis Cup" adlı beynəlxalq yarışda 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tamblinq üzrə yarışan idmançılarımızdan Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında da qızıl medala yiyələniblər.

Batut və ikili mini-batut gimnastikası üzrə Hüseyn Abbasov (2) və Ammar Baxşalıyev qızıl, Nicat Mirzəyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, "Scalabis Cup" iyulun 11-dən 13-dək keçirilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO