Amerika Kuboku: Uruqvay üçüncü oldu - VİDEO

Amerika Kuboku: Uruqvay üçüncü oldu - VİDEO

Hazırda oxunan: Amerika Kuboku: Uruqvay üçüncü oldu - VİDEO

201932

Amerika Kubokunun üçüncü yer uğrunda matçında Kanada və Uruqvay üz-üzə gəliblər.

Bizim.Media xəbər verir ki, qarşılaşma ABŞ-nin Şarlott şəhərinin "Bank of Amerika" stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, latın amerikalılar fəal başlayıblar: artıq 8-ci dəqiqədə Bentankur komandasını hesabda irəli çıxarıb.
Bununla belə, şimal təmsilçisi oyunda geridönüş etməyi bacarıb: 22-ci dəqiqədə Kone tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin əsas vaxta əlavə edilmiş müddətdə kapitan Luis Suares Uruqvayı məğlubiyyətdən xilas edərək oyunu penaltilərə daşıyıb: "El Pistolero" Ximenesin dəqiq ötürməsini qola çevirə bilib.

Penalti seriyasında isə bəxt uruqvaylıların üzünə gülüb - 3:4. Beləliklə, Uruqvay milli komandası Amerika Kubokunun üçüncüsü olub.

Final qarşılaşması isə iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO