“Napoli” İtaliya millisinin üzvünü transfer etdi

“Napoli” İtaliya millisinin üzvünü transfer etdi

Hazırda oxunan: “Napoli” İtaliya millisinin üzvünü transfer etdi

201893

İtaliyanın "Napoli" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, Neapol təmsilçisi "Torino"dan Alessandro Buoncornonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Napoli" italyan futbolçu üçün onun klubuna 40 milyon avro təzminat ödəyib. 25 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. 
Qeyd edək ki, Alessandro Buoncorno "Torino"nun yetirməsidir. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO