“Beşiktaş”ın əsas hücumçusu “Fənərbağça”ya keçdi

“Beşiktaş”ın əsas hücumçusu “Fənərbağça”ya keçdi

Hazırda oxunan: “Beşiktaş”ın əsas hücumçusu “Fənərbağça”ya keçdi

201787

"Beşiktaş"ın hücumçusu Cenk Tosun İstanbulun digər klubuna keçib. 

Bizim.Media xəbər verir ki, türk futbolçu "Fənərbaxça" ilə razılıq əldə edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Beşiktaş"la müqaviləsi başa çatan 33 yaşlı forvard yeni klubuna azad agent statusu ilə qoşulacaq. "Fənərbaxça"nın təcrübəli oyunçu ilə sabah rəsmi müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Cenk Tosun 2014-2018, 2021 və 2022-2024-cü illərdə "Beşiktaş"da çıxış edib. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 227 rəsmi matçda 96 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO