Atletimiz Paralimpiya Oyunlarına vəsiqə qazandı

Atletimiz Paralimpiya Oyunlarına vəsiqə qazandı

Hazırda oxunan: Atletimiz Paralimpiya Oyunlarına vəsiqə qazandı

201717

Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək. 

Bizim.Media Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə istinadən xəbər verir ki, paraatlet Rüfət Rəfiyev Paris-2024-də mübarizə aparacaq. 

Yüksək idman nəticələri nəzərə alınaraq Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib.

Bu, idmançının iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib. Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO