Millimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR 

Millimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR 

Hazırda oxunan: Millimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR 

201672

12-21 iyul Rumıniyanın Piteşti şəhərində 20 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı "B" divizionu oyunları baş tutacaq. 

Bizim.Media xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz, Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmalarına qarşı mübarizə aparacaq. 

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 12 iyul Bakı vaxtı ilə saat 21:30 -da Portuqaliya yığmasına qarşı olacaq.
Yığmamız qrupda növbəti görüşlərini, 13 iyul saat 16:30-da Böyük Britaniya, 14 iyul saat 14:00-da İrlandiya və 17 iyul saat 14:00-da Niderland millilərinə qarşı keçirəcək. 

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi "Youtube" hesabından canlı olaraq yayımlanacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO