“Zirə” Avropa Liqasına qələbə ilə başladı - VİDEO

“Zirə” Avropa Liqasına qələbə ilə başladı - VİDEO

Hazırda oxunan: “Zirə” Avropa Liqasına qələbə ilə başladı - VİDEO

201647

Bu gün Avropa Liqasında 2024/25 mövsümünə start verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də ilk sınağına məhz bu gün çıxıb.

Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandası ilə üz-üzə gəlib. Bu rəqiblə ilk oyun səfərdə baş tutub. Qəsəbə klubu Moldovadan sərfəli nəticə ilə qayıtmaq arzusuna çətinliklə də olsa, çatıb.
Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra “Dalğa Arena”da gerçəkləşəcək.

Avropa Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

11 iyul

Şerif – Zirə 0:1

Qol: Davit Volkov, 88.

Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Künq, Anojen Kanaqasinqam (İsveçrə).

Tiraspol. “Şerif” İdman Kompleksi.

Şerif: 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade

Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Bookye, Ouattara, Riak, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli
Yuri Qura.

Zirə: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov

Ehtiyat oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Ange Mutsinzi, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Salifu Suma, Hacıağa Hacıyev, Abbas İbrahim.

Baş məşqçi: Rəşad Sadıqov.
 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO