“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi

“Qəbələ”nin hazırlıq planı müəyyənləşdi

Hazırda oxunan: “Qəbələ”nin hazırlıq planı müəyyənləşdi

201567

"Qəbələ"nin 2024/2025 mövsümü üçün hazırlıq planı bəlli olub. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə start verəcək. 

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Daha sonra komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil. 
Qeyd edək ki, "Qəbələ" yeni sezona Birinci Liqada başlayacaq. Yeni mövsüm sentyabrın 11-də başlayacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO