Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələn Niderland və İngiltərə yığmaları arasındakı oyun başa çatıb.
Bizim.Media xəbər verir ki, görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 7-ci dəqiqədə Niderlandın heyətində Xavi Simon açsa da, İngiltərə seçməsi 17-ci dəqiqədə Harri Keyn (penalti) və 90-cı dəqiqədə Olli Votkinsin qolları ilə finala vəsiqə qazanıb.
İngiltərə millisi finalda İspaniya ilə üz-üzə gələcək. Görüş iyulun 14-də baş tutacaq.
Bizim.Media