Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da "narıncılar" hesabda önə keçib.
7-ci dəqiqədə Xavi Simons dəqiq zərbə müəllifi olub. Matçın 18-ci dəqiqəsində İngiltərə hesabı bərabərləşdirib. Harri Keyn penaltidən qol vurub.
Xatırladaq ki, görüşü almaniyalı referi Feliks Şvayer idarə edir.
Bizim.Media