AVRO-2024: Bu gün ilk finalçı kim olacaq?

AVRO-2024: Bu gün ilk finalçı kim olacaq?

Hazırda oxunan: AVRO-2024: Bu gün ilk finalçı kim olacaq?

201143

AVRO-2024-ün ilk yarımfinal görüşündə İspaniya Fransa ilə üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, Gürcüstan və turnirin ev sahibi Almaniyanı yolundan kənarlaşdıran İspaniya seçməsi Fransa ilə görüşdə də azarkeşlərini sevindirərək favorit statusunu təsdiqləməyə çalışacaq. 

Qrup mərhələsinin görüşlərini də nəzərə almaqla heç bir qarşılaşmada məğlub olmayan ispaniyalılar "xoruzlar" üçün baş ağrısı olacaqlar. 

Rəqiblər indiyədək ümumilikdə 15 dəfə üz-üzə gəliblər. Bunlardan yeddisində Fransa, altısında isə İspaniya qələbə qazanıb. İki dəfə isə heç-heçə qeydə alınıb. İspaniya millisinin heyətində Le Normand və Karvaxal cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Pedrinin oynayıb oynamayacağı isə sual altındadır. Fransalılarda isə itkilər yoxdur.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü sloveniyalı hakimlər briqadasından Slavko Vinçiç idarə edəcək.


9 iyul

Yarımfinal

İspaniya - Fransa

Saat 23:00, "Allianz Arena"

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO