Ərəb klublarının Azərbaycana axını başlayıb. Bu dəfə 3 Küveyt klubu eyni vaxtda Qəbələyə toplanışa gələcək. Onlardan biri “Əl Naser”dir, digərlərinin adı isə dəqiqləşməyib.
Bizim.Media xəbər verir ki, həm şərait, həm də maliyyə şərtləri əlverişli olduğu üçün asiyalılar yeni mövsümün hazırlığını ölkəmizdə keçməyi lazım bilib.
Xarici klubların ölkəmizə gəlişi vətəndən kənara çıxa bilməyən Premyer Liqa klublarının da işinə yarayır.
Belə ki, sparrinq-rəqib baxımından problem yaşanmayacaq. Məsələn, iyulun 20-də “Əl Naser”in “Şamaxı” ilə yoxlama matçı keçirəcəyi dəqiqdir.
Ərəblər daha sonra “Kəpəz”lə qarşılaşacaq. Digər Küveyt klublarının da gəlişi dəqiqləşəndən sonra oyun sayı daha da artacaq. Təşkilatçılar ölkədə qalan Premyer Liqa təmsilçilərini, həmçinin I Liqa klublarını bir neçə matç keçirməyə razı salmaq istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:25 / 08.07.2024
Ərəb klubları Qəbələyə gəlir
Hazırda oxunan: Ərəb klubları Qəbələyə gəlir
Hazırda oxunan: Ərəb klubları Qəbələyə gəlir
201000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.