Azərbaycanın sərbəst güləş üzrə millisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında birinci olub.
Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.
Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.
Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.
Xatırladaq ki, millinin heyətində Xetaq Karsanov (97 kiloqram ) qızıl, Vasif Bağırov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Sadiq Mustafazadə (86 kiloqram) və Anar Cəfərli (92 kiloqram) gümüş, Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:06 / 07.07.2024
Sərbəst güləş üzrə millimiz Avropa çempionatında birinci oldu
Hazırda oxunan: Sərbəst güləş üzrə millimiz Avropa çempionatında birinci oldu
Hazırda oxunan: Sərbəst güləş üzrə millimiz Avropa çempionatında birinci oldu
200943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.