Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Baku Open-2024” beynəlxalq şahmat festivalı başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında reallaşan tədbir 9 gün davam edən turnirin icmalını əks etdirən videoçarxla başlayıb.
AŞF-in prezidenti Mahir Məmmədov bildirib ki, belə yarışlar bütün yaş kateqoriyasında mübarizə aparan şahmatçıların sayının artmasında böyük rol oynayır.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
Xüsusi yer tutanlara mükafatları federasiya rəhbəri Mahir Məmmədov və AŞF-in vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının 100 illiyinə həsr olunan turnirdə Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:52 / 07.07.2024
Bakıda beynəlxalq şahmat festivalı başa çatdı
Hazırda oxunan: Bakıda beynəlxalq şahmat festivalı başa çatdı
Hazırda oxunan: Bakıda beynəlxalq şahmat festivalı başa çatdı
200927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.