"Turan-Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama millisi Amerika Kubokunun 1/4 finalında Kolumbiyaya uduzub (0:5).
Bizim.Media xəbər verir ki, meydana start heyətində çıxan Miller fasilədə əvəzlənib. Panama isə ilk yarını 0:4 hesabı ilə məğlub başa vurub.
Əlavə edək ki, Kolumbiya yarımfinalda Uruqvayla, Argentina isə Kanada yığması ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media