Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı sona yaxınlaşır.
Bizim.Media xəbər verir ki, bu gün sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kq-da medalçılar müəyyənləşib.
Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipiylə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabıyla məğlub olan Vasif gümüş medalla kifayətlənib.
Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.
Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:29 / 06.07.2024
Avropa çempionatı: Güləşçimiz qızıl medal qazandı
Hazırda oxunan: Avropa çempionatı: Güləşçimiz qızıl medal qazandı
Hazırda oxunan: Avropa çempionatı: Güləşçimiz qızıl medal qazandı
200809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.