“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçdi

“Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçdi

Hazırda oxunan: “Qalatasaray”ın futbolçusu İtaliya klubuna keçdi

200642

"Qalatasaray"ın futbolçusu Nikolo Zanyolo karyerasını ölkəsində davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi italyan oyunçunu "Atalanta"ya icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atalanta" 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün "sarı-qırmızılar"a 6,4 milyon avro icarə haqqı ödəyib. Müqavilədə satınalma bəndi də yer alıb. İtaliya klubu 15+2 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Qalatasaray" Nikolo Zanyolonu 2023-cü ilin yanvar ayında "Roma"dan transfer edib. İtaliya millisinin üzvü ötən mövsüm icarə əsasında "Aston Villa"da çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO