Nazir: “Yaylaq festivalında bütün dünya Azərbaycan mədəniyyəti ilə yaxından tanış olur”

Nazir: “Yaylaq festivalında bütün dünya Azərbaycan mədəniyyəti ilə yaxından tanış olur”

Hazırda oxunan: Nazir: “Yaylaq festivalında bütün dünya Azərbaycan mədəniyyəti ilə yaxından tanış olur”

200617

“III Yaylaq festivalı türkdilli dövlətlər arasında əməkdaşlıq baxıından çox önəmlidir. Bildiyiniz kimi, bu istiqamətdə müxtəlif sahələrdə tədbirlər keçirilir. Bu festivalda digər türk dövlətləri də öz mədəniyyətləri, idman çıxışları, folklorları, adət-ənələrini tərənnüm edirlər. Bizi çox sevindirir ki, insanlar bu tədbirə böyüklü, uşaqlı qatılıblar. Hər kəs Yaylaq festivalında müxtəlif millətlərin adət-ənənələri ilə tanış olur, bütün dünya Azərbaycan mədəniyyəti, folkloru ilə yaxından tanış olur”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Göygöl rayonunda III Yaylaq festivalında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib. 

Onun sözlərinə görə, Türk Dövlətləri Birliyi ölkələri arasında mütəmadi olaraq müxtəlif səpgidə tədbirlər təşkil olunur: 

“Bu gün festivalda hər kəsin üzündə böyük sevinc var idi. Hesab edirəm ki, mahnılar, rəqslər, idman nümunələri, Azərbaycan mətbəxinin təamları, sənətkarların əl işlərinin nümunələri hamının ürəyincədir. Mən festivalın belə möhtəşəm təşkil olunması üçün “Cavad xan” Tarix və Mədəniyyət Fonduna və digər qurumlara minnətdarlığımı bildirirəm”. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO