Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Hazırda oxunan: Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

200536

Bu gün Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start veriləcək. 

Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşması İspaniya və Almaniya yığmaları arasında olacaq. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. 

Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaqlar.

Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək. 
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO