Kilian Mbappenin qardaşı da PSJ-dən ayrıldı

Kilian Mbappenin qardaşı da PSJ-dən ayrıldı

Hazırda oxunan: Kilian Mbappenin qardaşı da PSJ-dən ayrıldı

200461

Mövsümlərarası fasilədə PSJ klubunu "Real Madrid"ə dəyişən Kilian Mbappenin qardaşı Etan da Paris təmsilçisindən ayrılıb.

Bizim.Media "goal.com" saytına istinadən xəbər verir ki, gənc futbolçu digər Fransa təmsilçisi "Lill" klubu ilə anlaşıb.

PSJ ilə müqavilə müddəti başa çatan 17 yaşlı futbolçunun transferi "Lill"ə pulsuz başa gələcək.

Etan Mbappe sosial şəbəkə səhifələrində vida mesajı da yayımlayıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan mərkəz yarımmüdafiəçisi 10 yaşında klubun akademiyasına qəbul olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO