Güləş millimiz Avropa çempionatında 3-cü oldu - Türkiyə liderdir

Güləş millimiz Avropa çempionatında 3-cü oldu - Türkiyə liderdir

Hazırda oxunan: Güləş millimiz Avropa çempionatında 3-cü oldu - Türkiyə liderdir

200401

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Serbiyada keçirilən 20 yaşlılar arasında Avropa çempionatında üçüncü olub.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yığma yarışda 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kiloqram) gümüş, Tural Əhmədov (60 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram) və Ruslan Nurullayev (72 kiloqram) isə bürünc medal əldə ediblər.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü yeri tutub. Türkiyə (123 xal) birinci, Gürcüstan (116 xal) isə ikinci olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO