Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan sonuncu KOMANDALAR - VİDEO

Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan sonuncu KOMANDALAR - VİDEO

Hazırda oxunan: Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan sonuncu KOMANDALAR - VİDEO

200181

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsində sonuncu görüşlər keçirilib.

Bizim.Media xəbər verir ki, D qrupunda qərarlaşan Braziliya millisi Kolumbiyanı yığmasını, Kosta-Rika isə Paraqvayı qəbul edib.

Braziliya - Kolumbiya oyununda bərabərlik qeydə alınıb. Matçın 12-ci dəqiqəsində Rafinya Braziliya komandasını irəliyə çıxarsa da, 45+2-ci dəqiqədə Daniel Munyos Mexiya bərabərlik qolunu vurub – 1:1.

Kosta-Rika - Paraqvay oyununda isə üç qol vurulub. Matçın üçüncü dəqiqəsində Fransisko Kalvo, cəmi dörd dəqiqə sonra isə Xosimar Alkoser fərqləniblər – 2:0. Paraqvayın oyunçusu Ramon Sosanın oyunun 55-ci dəqiqəsində vurduğu qol isə sonuncu olub – 2:1.

Beləliklə, aktivində 7 xal olan Kolumbiya və 5 xal qazana bilmiş Braziliya 1/8 final mərhələsinə adlaya biliblər. Kosta-Rika 4 xalla qrup üçüncüsü olub, Paraqvay isə xal toplaya bilməyib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO