Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın son iştirakçıları da müəyyənləşib.
"Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşıb. Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüş Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.
Digər oyun isə "Red Bull Arena"da keçirilib. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gəlib. Türkiyə yığması gərgin keçən görüşdə 2:1 hesablı qələbə qazanıb.
Bununla da Vinçentso Montellanın komandası 1/4 finala adlayıb. Türkiyə millisi 1/4 finalda Niderlandla qarşılaşacaq.
Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.
Avro-2024, 1/8 final
23:00. Avstriya - Türkiyə - 1:2
Qollar: Mixail Qriqoriç, 67 - Merih Demiral, 1, 60
Baş hakim: Artur Diaş (Portuqaliya)
"Red Bull Arena"
Bizim.Media