Sinqapur Şahmat Federasiyası hökumətinin dəstəyi ilə 2024-cü il FİDE Dünya Çempionatının matçına ev sahibliyi etmək hüququnu qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FİDE-nin prezidenti Arkadi Dvarkoviç məlumat verib.
“FİDE tarixində ilk dəfə Sinqapurda dünya çempionatının matçının keçirilməsindən məmnunuq. Sinqapur təkcə dünyanın ən məşhur turizm və biznes mərkəzlərindən biri deyil, həm də böyük ambisiyaları ilə inkişaf edən şahmat mərkəzidir”, – deyə FİDE prezidenti Arkadi Dvorkoviç təşkilatın rəsmi saytında bildirib.
Matçda hazırkı çempion çinli Dinq Liren və rəqibi hindistanlı Qukeş Dommaracu üz-üzə gələcək. Partiyalar bu ilin noyabrın 20-dən dekabrın 15-dək keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:42 / 02.07.2024
Şahmat Tacı uğrunda görüş bu ölkədə KEÇİRİLƏCƏK
Hazırda oxunan: Şahmat Tacı uğrunda görüş bu ölkədə KEÇİRİLƏCƏK
Hazırda oxunan: Şahmat Tacı uğrunda görüş bu ölkədə KEÇİRİLƏCƏK
200085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.