Terrorçulardan təmizlənib, idmançılara verildi – FOTO 

Terrorçulardan təmizlənib, idmançılara verildi – FOTO 

Hazırda oxunan: Terrorçulardan təmizlənib, idmançılara verildi – FOTO 

200036

Türkiyənin Hakkari vilayətində terrordan təmizlənən bölgədə beynəlxalq təbiət festival keçirilib.

Bizim.Media xəbər verir ki, festivalda təbiətsevərlər, fotoqraflar və ekstremal idmançılar iştirak ediblər. 

Raftinqdən dağ velosipedinə, yolsuzluq yarışlarından paraşütlə tullanmaya qədər bir çox sahədə idmançıların qatıldığı 5-ci Beynəlxalq Foto-Safari və Təbiət İdmanları Festivalına Rusiyanın məşhur alpinisti, “Qar bəbiri” ləqəbli Roman Abildayev də qatılıb. 

Əbildaev 20 ildir bir çox fərqli ölkədə dırmanma ilə məşğul olduğunu və Türkiyənin indi tamamilə təhlükəsiz hala gətirdiyi bölgənin beynəlxalq idmançılar və alpinistlər üçün fövqəladə imkanlar təqdim etdiyini bildirib. 

Festivala Hakkari valisi Əli Çelik tərəfindən dəvət edilən və Hakkari, Şırnak vilayətlərini ilk dəfə görən Abildaev “Buranın təbii gözəllikləri inanılmazdır. Təbiət idmanlarını istənilən yerdə təhlükəsiz və rahat şəkildə edə bilərik. Mən xüsusilə başlanğıc və orta səviyyəli alpinistlərə Çukurcaya gəlməyi tövsiyə edirəm” deyə qeyd etdi.

Hakkari valisi Əli Çelik festivalla bağlı Bizim.Media ilə fikirlərini bölüşüb:

“Bölgəmizin hər kvadrat metri artıq tam təhlükəsizdir. Yüksekovada qar turizmindən tutmuş, Çukurcada ekstremal idmana qədər bir çox sahədə festivallar təşkil etmək əzmindəyik. Azərbaycanlı qardaşlarımızı və qonşularımızı isə xüsusilə salamlayırıq”. 










Dəryanur Cəfərova, Bizim.Media, Türkiyə bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO