Bu gün Türkiyə Avstriyanı sınağa çəkəcək

Bu gün Türkiyə Avstriyanı sınağa çəkəcək

Hazırda oxunan: Bu gün Türkiyə Avstriyanı sınağa çəkəcək

200011

Bu gün AÇ-2024-ün 1/8 final oyunlarına yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adları məlum olacaq.

Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki “Alyans Arena”da keçiriləcək.

Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Oyun Leyptsiq şəhərindəki “Red Bull Arena”da baş tutacaq.

AÇ-2024

1/8 final

2 iyul

 

20:00. Rumıniya - Niderland

Baş hakim: Feliks Şvayer (Almaniya).

Münhen, “Alyans Arena”.

 

23:00. Avstriya - Türkiyə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Leyptsiq, “Red Bull Arena”.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO