“Sabah”da növbəti ayrılıq baş verib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək Bakı komandası daha bir legioneri ilə vidalaşıb.
Bu dəfə müdafiəçi Maruan Hadudi yola salınıb. Mərakeşli futbolçu ilə başa çatan müqavilə yenilənməyib. O, yay fasiləsində komandanı tərk edən 4-cü əcnəbi olub.
Daha əvvəl Davit Volkov, Kristian Sebalyos və Kristian da Silva da “Sabah”ı tərk ediblər.
Qeyd edək ki, Maruan Hadudi “Sabah”a ötən ilin yayında “Raca Kasablanka”dan keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
21:34 / 01.07.2024
“Sabah”da növbəti ayrılıq
Hazırda oxunan: “Sabah”da növbəti ayrılıq
Hazırda oxunan: “Sabah”da növbəti ayrılıq
199977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.