“Türkiyə millisi pley-off mərhələsinə vəsiqə qazansa da, qrupda istədiyi oyunu nümayiş etdirə bilmədi”.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq üzvü Bülənt Korkmaz yığmanın Avropa çempionatındakı çıxışını şərh edərkən deyib.
56 yaşlı mütəxəssis “ay-ulduzlular”ın turnirdə komanda şəklində zəif təsir bağışladığını bildirib:
“Milli komandanın zəif çıxışı barədə Türkiyə futbol ictimaiyyətində, demək olar ki, hər kəs fikir bildirdi. Təəssüf ki, yığmadan istədiyimiz performansı görə bilmirik. Gürcüstanla qrupun ilk matçında yaxşı qollar vursaq da, komanda oyunu görmədik. Heyətdə olduqca istedadlı futbolçular var. Fərdi olaraq Barış Alpər Yılmazı qeyd edə bilərəm. Çexiya üzərində qazanılan qələbədə onun böyük payı var”.
Məşhur futbolçu Türkiyə seçməsinin 1/8 final mərhələsində Avstriyaya qarşı keçirəcəyi matçın çətin keçəcəyini söyləyib:
“Rəqib hazırıkı durumda bizdən üstündür. Çünki onlar komanda şəklində yaxşı mübarizə aparırlar. Lakin biz də vəziyyəti düzəldə və mərhələni adlaya bilərik. Türkiyə millisi bütün komandalarla sonadək oynamaq gücündədir. Bu komandanın böyük potensialı var və turnirdə uğur qazana bilər”.
Avropa çempionatı ilə bağlı proqnozunu da açıqlayan veteran müdafiəçinin sözlərinə görə, turnirin ən böyük favoriti Almaniya – İspaniya cütünün qalibi olacaq:
“İspaniya seçməsi çox yaxşı çıxış edir. Onlar qrup mərhələsini maksimum nəticə ilə bitirərək pley-offa vəsiqə qazanan yeganə komanda oldular. Turnirin ən böyük favoriti bu görüşdən sonra məlum olacaq”.
Qeyd edək ki, Avstriya–Türkiyə oyunu iyunun 2-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:58 / 01.07.2024
Bülənt Korkmaz Türkiyə millisi HAQDA: "Komanda oyunu görmədik"
Hazırda oxunan: Bülənt Korkmaz Türkiyə millisi HAQDA: "Komanda oyunu görmədik"
Hazırda oxunan: Bülənt Korkmaz Türkiyə millisi HAQDA: "Komanda oyunu görmədik"
199890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.