Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində bu gün Fransa millisi Belçika yığması ilə, Portuqaliya isə Sloveniya ilə qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, Fransa-Belçika qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq.
AVRO-2024-ə istəksiz başlayan Belçika seçməsi Fransa ilə görüşdə qalib gələrək azarkeşlərini sevindirmək istəyir. Fransa millisi isə Kilian Mbappenin yoxluğunda buraxılan səhvləri sığortalayaraq daha əvvəlki çempionluq titullarını qorumağa çalışacaq. Rəqiblər indiyədək ümumilikdə 18 dəfə üz-üzə gəliblər.
Bunlardan yeddisində Fransa millisi, beşində isə Belçika seçməsi qalib gəlib. Tərəflər arasında altı görüş isə heç-heçə ilə başa çatıb. Komandaların heyətində zədəli və cəzalılar yoxdur.
Gözlənilmədən Gürcüstan seçməsinə 0:2 hesabı ilə məğlub olan portuqaliyalılar bu turda Sloveniya seçməsi ilə qarşılaşacaqlar. Sloveniya seçməsi əlinə düşən bütün fürsətlərdən istifadə edərək Gürcüstan millisinin portuqaliyalılarla görüşdəki uğurunu təkrarlamaq niyyətindədir.
Tərəflər indiyədək ümumilikdə cəmi bir dəfə qarşılaşıblar. Həmin görüş Sloveniya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
1 iyul
1/8 final mərhələsi
Fransa - Belçika
Saat 20:00, "Merkur Spiel-Arena"
Portuqaliya - Sloveniya
Saat 23:00, "Deutsche Bank Park"
Bizim.Media