“Sabah” xorvatiyalı legioner üçün nə qədər pul ödəyib?

“Sabah” xorvatiyalı legioner üçün nə qədər pul ödəyib?

Hazırda oxunan: “Sabah” xorvatiyalı legioner üçün nə qədər pul ödəyib?

199779

"Sabah"ın yeni transferi İvan Lepinitsa üçün nə qədər xərclədiyi bəlli olub. 

Bizim.Media xəbər verir ki, Masazır klubu xorvatiyalıya görə əvvəlki komandası olan “Slaven Belupo”ya 500 min avro ödəyib (təxminən 911 min manat). 

Bu barədə tanınmış “transfermarkt.com” portalı məlumat yayıb. 

Qeyd edək ki, bu rəqəm Xorvatiya mətbuatının əvvəllər bildirdiyi rəqəmdən (400 min avro) yüksək olub. Əlavə edək ki, 24 yaşlı futbolçunun “Slaven Belupo” ilə müqavləsi 2025-ci il mayın 31-nə qədər idi.
O, əvvəllər “Riyeka”, “Zadar”, “Arminiya” klublarında oynamışdı. “Sabah” isə onunla 3 illik müqavilə imzalayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO