Daha bir boksçumuz Avropa birinciliyində FİNALA YÜKSƏLDİ

Daha bir boksçumuz Avropa birinciliyində FİNALA YÜKSƏLDİ

Hazırda oxunan: Daha bir boksçumuz Avropa birinciliyində FİNALA YÜKSƏLDİ

199637

Azərbaycanın daha bir təmsilçisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala yüksəlib.

Bizim.Media xəbər verir ki, Nihat Qasımov (48 kq) yarımfinalda Filip Stanoyeviçi (Serbiya) məğlub edib.

O, rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gələrək həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Corciya La Rosa, Əminə Tağı (52 kq) Mariya Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Rəqiblər finala vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar. Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə (+80 kq) finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO