"Real"ın futbolçusu Qətər klubuna keçir

Hazırda oxunan: "Real"ın futbolçusu Qətər klubuna keçir

199530

"Real"ın hücumçusu Xoselu Qətərin “Əl-Qarafa” klubuna keçir.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Bu transfer üçün klubların bütün sənədləri imzaladığı bildirilib. "Real"  "Espanyol"dan icarəyə götürdüyü futbolçunun birdəfəlik transferi üçün 1.5 milyon avro ödəyib və daha sonra onun Qətər klubuna keçidi reallaşıb. Xoselu "Əl-Qarafa" ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, ötən mövsüm Xoselu "Real"ın heyətində 49 oyuna çıxıb, 17 qol vurub və 3 qolun ötürməsini edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO