Türkiyənin oyununda 20 vərəqə göstərilib

Türkiyənin oyununda 20 vərəqə göstərilib

Hazırda oxunan: Türkiyənin oyununda 20 vərəqə göstərilib

199375

Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Çexiya - Türkiyə matçında 18 sarı vərəqə, 2 qırmızı vərəqə göstərilib.

Bizim.Media xəbər verir ki, görüşün referisi rumıniyalı İstvan Kovaçs olub.

O, Türkiyə millisindən 11 futbolçuya sarı vərəqə göstərib. Bunlar Salih Özcan, Kenan Yıldız, İsmail Yüksek, Mert Günok, Hakan Çalhanoğlu, Uğurcan Çakır, Mert Müldür, Samet Akaydın, Kaan Ayhan, Orkun Kökçü və Arda Gülerdir.

Çexiya yığmasından isə 5 futbolçuya sarı vərəqə göstərilib. Çexiya millisinin üzvü Antonin Barak 20-ci dəqiqədə 2-ci sarı vərəqə ilə cəzalandırıldığı üçün qırmızı vərəqə alaraq meydandan qovulub. Həmçinin onun komanda yoldaşı Tomas Çori 90+8-ci dəqiqədə qırmızı kart görüb. Digər sarı vərəqə alanlar isə Patrik Şik, Vitezslav Yaroş, Lukas Çerv, Ladislav Kreyçi və Tomas Souçekdir.

Qeyd edək ki, bu oyunda Türkiyə millisi Çexiyaya 2:1 hesabı ilə qalib gəlib və F qrupunun 2-cisi kimi 1/8 finala adlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO