Avropa birinciliyi: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazandı

Avropa birinciliyi: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazandı

Hazırda oxunan: Avropa birinciliyi: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazandı

199241

Azərbaycanın iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yarışın dördüncü günündə Aylin Nəzərova (48 kiloqram) 1/4 final çərçivəsində Atina Papanikolopou (Yunanıstan) ilə qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda italiyalı Giorgia La Rosa ilə üz-üzə gələcək.

Əminə Tağı da 1/4 final mərhələsini uğurla başa vurub. 52 kiloqramda mübarizə aparan milli üzvü Yuliana Tyurnikovaya (Moldova) 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə rumıniyalı Maria Semeniçiuçlə qarşılaşacaq.
Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, Avropa birinciliyində yarımfinal döyüşləri iyunun 28-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO