Ronaldo daha bir ilkə imza atdı

Ronaldo daha bir ilkə imza atdı

Hazırda oxunan: Ronaldo daha bir ilkə imza atdı

199206

Avro-2024-ün üçüncü turu çərçivəsində Portuqaliya millisi Gürcüstanla üz-üzə gəlir. 

Bizim.Media xəbər verir ki, Kriştianu Ronaldo Portuqaliya millisinin start heyətində yer almaqla Avropa çempionatlarında 28-ci oyununa çıxıb. 

Ulduz futbolçunun hesabında dünya çempionatlarında da 22 görüş var.

Bununla da Ronaldo Dünya və Avropa çempionatları tarixində 50 matçda meydana çıxmış ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, ilk hissədən sonra Portuqaliya millisi gözlənilmədən Gürcüstana 0:1 hesabı ilə uduzur. Hakimin penalti təyin etməməsindən narazı qalan Ronaldo isə etiraza görə görüşün 22-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO