Məhəmməd Salahın Qəzzada öldürülməsi xəbəri "Liverpul" azarkeşlərini təşvişə salıb.
Bizim.Media “Times of İsrael” nəşrinə istinadla xəbər verir ki, İsrail Müdafiə Qüvvələr bu gün səhər saatlarında HƏMAS silahlarının hazırlanması və istehsalında əsas fiqurlardan biri olduğu iddia edilən Məhəmməd Salahın Qəzza zolağında öldürüldüyü xəbərini yayıb.
Sözügedən xəbər isə “Liverpul” azarkeşlərinin narahatlığına səbəb olub. Çünki həmin xəbər bir çox saytlarda “Məhəmməd Salah Qəzzada öldürüldü” başlığı ilə yayımlanıb.
Belə olan halda, azarkeşlər elə zənn ediblər ki, öldürülən şəxs dünya şöhrətli futbolçu Məhəmməd Salahdır. Lakin İsrail Ordusunun zərərsizləşdirdiyi şəxs futbolçu yox, onun adaşı olan silah tədarükçüsüdür.
Bizim.Media