Qriqorçuk “Neftçi”nin baş məşqçisi olacaq?

Qriqorçuk “Neftçi”nin baş məşqçisi olacaq?

Hazırda oxunan: Qriqorçuk “Neftçi”nin baş məşqçisi olacaq?

198756

“Neftçi”nin baş məşqçi məsələsi deyəsən həllini tapmaq üzrədir. 

Bizim.Media xəbər verir ki, rəhbərlik bu posta ukraynalı mütəxəssis Roman Qriqorçuku gətirmək istəyir. 

Artıq danışıqlar demək olar ki, yekunlaşıb və yaxın günlərdə təcrübəli məşqçi paytaxtımıza gələrək “Neftçi” ilə rəsmi müqavilə imzalamalıdır.  

Qeyd edək ki, 2015-18-ci illərdə “Qəbələ”nin baş məşqçisi olmuş, klubu 2 dəfə Avropa Liqasının qrupuna daşımış Qriqorçuk, ötən ay 3 il çalışdığı “Çernomorets”dən ayrılıb. Ölkəmizdən getdikdən sonra “Astana” və Soliqorsk “Şaxtyor”unda da işləmiş ukraynalı heç vaxt işsiz qalmayıb. Onun flaqmanla 2 illik müqavilə bağlayacağı gözlənilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO