Avro-2024: Macarıstanlı futbolçu oyun vaxtı huşunu itirdi - VİDEO

Avro-2024: Macarıstanlı futbolçu oyun vaxtı huşunu itirdi - VİDEO

Hazırda oxunan: Avro-2024: Macarıstanlı futbolçu oyun vaxtı huşunu itirdi - VİDEO

198695

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının A qrupunun III turunda keçirilən Şotlandiya-Macarıstan oyununda xoşagəlməz hadisə baş verib.

Bizim.Media xəbər verir ki, matçın 70-ci dəqiqəsində macarların hücumçusu Barnabaş Varqa ciddi zədə alıb.

Mübarizə zamanı rəqib qapıçı Anqus Qannla toqquşan hücumçu huşunu itirib və meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, Şotlandiyaya 1:0 hesabı ilə qalib gələn Macarıstan seçməsi 3 xalla qrupda 3-cü pilləyə yüksələrək 1/8 finala vəsiqə şansını saxlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO